• 23 Noyabr 2024 03:37

Fransa ermənilərin ümidini yerlə bir etdi: gözlənilməz xəyal qırıqlığı

 

Dünyada təklənmiş vəziyyətə düşən Ermənistan və dünya erməniləri bacıları Fransanın İrəvana səfərinə çox böyük ümidlər bəsləyirdilər. Lakin Fransa Milli Assambleyasının (parlament) rəhbəri Yael Bron-Pivenin İrəvanda verdiyi açıqlama bütün dünya ermənilərin ümidlərini puça çıxardı. 

Fransa parlamentinin spikerinin rəsmi Parisinin mövqeyini açıqlayaraq “biz Qarabağın müstəqilliyini tanımırıq və onun statusunu Fransa müəyyən etməməlidir” bəyan etməsi, qışın bu oğlan çağında onsuz da çarəsiz vəziyyətə olan ermənilərdə  əməlli-başlı “soyuq duş” effekti yaratdı.

Fransalı spikerin mesajı ondan ibarət idi ki, “bizə  bel bağlamayın, bu, bizim gücümüz səviyyəsində deyil”. Ona görə də  təkidlə məsələnin sülh danışıqları həlli yollarının tapılmasını təflik edib. Fransa Milli Assambleyasının rəhbəri Yael Bron-Pivenin jurnalistlərə açıqlamasında “vəziyyətin necə olmasından asılı olmayaraq, dialoqun davam etməsi faktını alqışlamaq lazımdır. Dialoqda heç bir boşluq yoxdur, biz dialoqun nəticə verməsi üçün daha da çox səy göstərməliyik. Hesab edirəm ki, bundan heç vaxt imtina etmək olmaz, hər zaman cəhd etmək lazımdır” deməsi də, bunun bariz göstəricisi hesab etmək olar.

O eyni zamanda problemin digər vasitələrdən istifadə edilməsinin məqsədəuyğun və yolverilməz olduğunu bəyan edib. Bununla da  fransalı parlamentari diplomatik yolla Fransanın bu məsələdə gücsüzlüyünü etiraf edib.   Parisin gücsüzlüyünü  sübut edən digər fakt isə  spikerin BMT Təhlükəsizlik Şurasının Laçın dəhlizi ilə bağlı hansı ölkənin mane olması barədə verilən  sualdan imtina edərək cavab verə bilməyəcəyindən təəssüfləndiyini bəyan etməsidir.

Ermənilərin son ümid yeri Fransa idi. O da bu məsələdə yardımçı ola bilməyəcəyini açıq  tekstlə dilə gətirərək, olan-qalan ümidlərini yerlə bir etdi.

Azərbaycan Prezidentinin yerli media nümayəndələrinə verdiyi müsahibədə bəyan etdiyi kimi, “bu il  ermənilər üçün sonuncu şans olacaq. 2025-ci ildə Rusiyanın sülhməramlı missiyası başa çatır. Onlar burunlarının ucundan bir qədər irəli barədə düşünməlidirlər”. Odur ki, ermənilər Azərbaycan Prezidentinin bu mesajından ciddi nəticə çıxarıb,  yaranmış fürsətdən yararlanmalıdırlar, yoxsa daha belə “soyuq duş” qəbul etməli olacaqlar. O zaman isə gec olacaq.

Tacxeber.com

Oxşar xəbərlər