Atasının ölümündən bir ay sonra özü də vəfat etdi
Atasının ölümündən bir ay sonra özü də vəfat etdi
Vətən müharibəsi iştirakçısı Azər Bayramov vəfat edib.
“Qafqazinfo”nun məlumatına görə, o, qan xərçəngi xəstəliyindən dünyasını dəyişib.
Müharibə dövründə xüsusi təyinatlı qüvvələrdə xidmət edən Azər Bayramov, sonradan polis leytenantı kimi çalışırdı. O, Vətən müharibəsində göstərdiyi şücaətə görə Füzulinin, Cəbrayılın, Şuşanın azad olunması və “Vətən uğrunda” medalları ilə təltif olunub.