• 22 Noyabr 2024 22:00

Mədə xəstəlikləri, mədə dərmanları

mədə dərmanları foto 1

Mədə xəstəlikləri (qastrit, eroziya, xora) ağrı, gəyirmə, qıcqırma, yanma hissi və digər əlamətlərlə müşayiət olunur. Belə hallarla qarşılaşdıqda mədə dərmanları köməyə gəlir.

Ağrıya qarşı mədə dərmanları 

Mədə ağrısı zamanı analgetik (İbuprofen, Ketoral, Tempalgin və s.) və yaxud spazmolitiklər (No-şpa, Dibazol, Baralgin, Mebeverin) məsləhət görülür.

Lakin yadda saxlamaq lazımdır ki, bu preparatlar sadəcə ağrını kəsir. Səbəb aradan qaldırılmadığından müəyyən müddətdən sonra narahatlıqlar yenidən baş qaldırır. Ona görə də həkimə müraciət edib, müvafiq müayinələrdən keçmək tövsiyə olunur.

Həzm prosesini yaxşılaşdırmaq üçün mədə dərmanları

Fermentlər həzmi normaya salaraq, mədədə ağırlıq və digər xoşagəlməz hissləri yox edir. Ən məşhur tabletlər bunlardır:

  • Kreon

  • Qastenorm forte

  • Festal

  • Enzistal

  • Panqrol

Ən ucuz vasitə isə – Pankreatin sayılır. Qeyd olunan dərmanlar təhlükəsiz hesab edilir.

mədə dərmanları foto 2

İshal, qusma və köp hallarında mədə dərmanları

İshal zamanı ən çox istifadə olunan preparatlara Loperamid və Polifepan aiddir. Ürəkbulanma və qusmaya qarşı Motilak və Motilium effektivdir. Qarında köp varsa, Espumizan içilir.

Qıcqırma əleyhinə mədə dərmanları 

Mədə yanmasını və turşuluğu azaltmaq məqsədilə antasidlər təyin olunur. Bu tip qastroprotektorlara Almagel, Renni, Maaloks, Fosfalyugel misaldır.

mədə dərmanları foto 3

Qastrit zamanı mədə dərmanları 

Mədədə qastrit zamanı müalicə sxemi xəstəliyin formasından və turşuluq səviyyəsindən asılıdır. Belə ki, aşağı turşuluqda mədədə xlorid turşusunun sintezini stimulə edən tabletlərə (Pentaqastrin, Limontar və s.) ehtiyac yaranır.

Yüksək turşuluqlu qastritlərdə xlorid turşusunun sintezini azaldan dərmanlar (Renni, Almagel, Omeprazol) və mədə divarının vəziyyətini normallaşdıran vasitələr (Ranitidin, Simetidin, Vikalin, De-Nol) qəbul olunur.

Qastrit zamanı təkcə turşuluğu normaya salan preparatların istifadəsi kifayət deyil. Xəstəliyin bütün formalarında yanaşı olaraq bu dərmanlar təyin edilir:

  • ağrıkəsici (No-şpa, Drotaverin);

  • antibiotik (Pilobakt, Kloritromisin, Amoksisillin və s.);

  • həzm fermentləri (Mezim forte, Kreon və digərləri).

mədə dərmanları foto 4

Xora xəstəliyində mədə dərmanları

Xoranın başlıca yaranma səbəbi Helicobacter pylori sayılır. Bu bakteriyanın aşkarlandığı xəstələrə antibiotiklər, antasidlər və ya antisekretor preparatlar məsləhət görülür.  Xora Helicobacter pylori mənşəli olmadıqda antibiotiklərə ehtiyac yoxdur.

Antasidlər – xlorid turşunu neytrallaşdırmaqla turşuluğu aşağı salır, onun mədənin divarına zədələyici təsirini zəiflədir. Əlamətlərin azalmasına, xoranın sağalmasına və residiv riskinin minimuma enməsinə səbəb olur. Bu qrupa Maaloks, Almagel, Qastal, Geviskon və s. aiddir.

Antisekretor preparatlar – mədənin histamin reseptorlarını blokada etməklə xlorid turşusunun miqdarını, həmçinin mədədə şirə ifrazını zəiflədirlər. Nəticədə turşuluq və onun aqressiv təsiri azaldırlar. Bu qrupun əsas nümayəndələri Ranitidin və Famotidin sayılır. 1 tabletin təsiri 12 saata qədər davam edir. Lakin onları qıcqırma və ürəkbulanma kimi həzm pozğunluqlarında qəbul etmək icazəli deyil.

mədə dərmanları foto 5

Xülasə

Təhlükəsizlik baxımından dərman seçimi və dozalanma qaydası qastroenteroloqa həvalə olunmalıdır. Çünki hər bir preparatın əks-göstərişləri və yanaşı təsirləri vardır. Həmçinin müalicəyə başlamazdan əvvəl mədə turşuluğunun səviyyəsi də nəzərə alınmalıdır. Bu səbəbdən mədə dərmanları mütləq peşəkar mütəxəssis tərəfindən təyin edilməlidir.

Tacxeber.com

Oxşar xəbərlər