• 16 Sentyabr 2024 23:36

Nepalda qəzaya uğrayan təyyarənin bütün sərnişinləri həlak olub – YENİLƏNİB + VİDEO

 

Nepalda qəzaya uğrayan təyyarənin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.

Bu barədə Hindistanın “News18” telekanalı yerli hakimiyyət nümayəndələrinə istinadən məlumat yayıb.

Daha əvvəl laynerin qəzaya uğraması nəticəsində azı 45 öldüyü bildirilmişdi.

Nepalın baş naziri Puşpa Kamal Dahal ATR 72 təyyarəsinin qəzaya uğraması ilə bağlı hökumətin fövqəladə iclasını çağırıb.

Rusiya səfirliyi isə bildirib ki, qəzaya uğrayan təyyarənin göyərtəsində 4 Rusiya vətəndaşı olub.

11:09

Nepalda göyərtəsində 68 sərnişin və 4 ekipaj üzvü olan “Yeti” Hava Yollarına məxsus sərnişin təyyarəsi Poxara Beynəlxalq Hava Limanında uçuş-enmə zolağında qəzaya uğrayıb.

Qəza layner havaya qalxarkən baş verib.

Məlumata görə, hazırda xilasetmə işləri aparılır, hava limanı müvəqqəti bağlanıb.

Sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində azı 30 nəfər ölüb.

Aviaşirkətin sözçüsü Sudarşan Bartola bildirib ki, təyyarə qəzasında sağ qalanların olub-olmadığı hələlik məlum deyil.

O qeyd edib ki, Fransa-İtaliya konserni tərəfindən istehsal olunan ATR 72 təyyarə 74 sərnişini daşımaq üçün nəzərdə tutulub.

Tacxeber.com

Oxşar xəbərlər