Ağ Evin Türkiyəyə F-16 təyyarələri satmaq cəhdlərinə mane olacam.
Tacxeber.com xəbər verir ki, bunu ermənipərəst amerikalı demokrat senator Bob Menendez deyib.
“Mən Prezident Co Baydenin Türkiyəyə yeni F-16-ların satışını təklif etməsinin qəti əleyhinəyəm. Prezident Ərdoğan beynəlxalq hüququ pozmağa, insan haqlarına və demokratik normalara məhəl qoymamağa, Türkiyədə və qonşu NATO müttəfiqlərinə qarşı üsyankar və sabitliyi pozan davranmağa davam edir”, – Menendez bildirib.