Bu yaxınlarda 39 yaşı tamam olan Şimali Koreya lideri Kim Çen In orta yaş böhranı ilə üzləşdiyi və özünü tənha hiss etdiyi üçün spirtli içkilərdən sui-istifadə etməyə başladığı iddia edilir.
Tacxeber.com xəbər verir ki, bu barədə “Daily Star” nəşri məlumat yayıb.
Hazırda Cənubi Koreyada yaşayan Şimali Koreyalı alim Çoy Jinvuk deyib: “Eşitdim ki, çox içir və sonra ağlayır”
Onun sözlərinə görə, Kim Çen In nəinki müntəzəm içki içir, həm də çox siqaret çəkir və kökdür. Eyni zamanda, həkimlərin və həyat yoldaşının tövsiyələrinə çox vaxt məhəl qoymur.(report)