• 23 Noyabr 2024 03:21

“Nə gəldiyim yerdən, nə danışdığım dildən utanıram” 

 

“İnsan gərək özü olsun. Hər zaman deyirəm ki, özün ol baxaq, görək kimsən. Gəldiyim bir məmləkət var. Belə çıxır ki, gəldiyim məmləkətin şivəsindən, yerindən utanıram. Mən Şamaxı rayonun Qobustan kəndindənəm. Bu kənddə yaşayıb, böyümüşəm və hər zaman belə danışmışam. Nə olub ki, danışığıma? Yəni necə danışım? Bizim kitab, ana dilimiz də budur, şivəmiz də budur… Nə gəldiyim yerdən, nə də danışdığım dildən utanıram. Bu təkcə bizdə belədir. Deyirlər ki, belə danışma”.

Bu sözləri əməkdar artist Elnarə Abdullayeva qonaq olduğu “Axşam havası” verilişində deyib.

Müğənni haqqında danışılan “Elnarə oxuya bilmir” kimi mənfi rəylərdən söz açıb:

“Haqqımda danışırlar ki, “Elnarə yaxşı oxuya bilmir. Ümumiyyətlə Elnarə nə oxuyur? (üzünü turşudur – red.) Elnarə müğənnidir?” Allah mənə Azərbaycan musiqi və mədəniyyəti tarixində heç kimin gücü çatmayan xeyriyyəçiliklər qismət elədi. Allah dedi ki, siz nə qədər geri çəkərsiniz, mən ucaltmaq istədiyimi, ucaldaram”.

Tacxeber.com

Oxşar xəbərlər