• 22 Noyabr 2024 22:56

Qaralmış bananı yemək olarmı?

 

Banan həm ləzzətli meyvə, həm də bir çox desertlərin əvəzolunmaz hissəsidir.

Tacxeber.com xəbər verir ki, banan istehlak edilmədikdə dərhal qaralmağa başlayır.

Meyvələr yetişmə prosesində “etilen” adlı hormon istehsal edir. Bu hormon sayəsində bananın rəngi yaşıldan sarıya dəyişir və daha şirin olur. Meyvə yetişdikcə etilen istehsalının miqdarı azalır, bananda isə bunun tam əksi olur.

Yetişmə prosesinin əvvəlində banan şirinləşə və sarıya çevrilə bilsə də, sonda çoxlu etilen istehsal edərək artıq yetişir.

Yüksək miqdarda etilen bananlarda olan sarı piqmentlərin fermentativ qaralma adlanan prosesdə xarakterik qəhvəyi ləkələrə çevrilməsinə səbəb olur. Banan çürüyənə qədər etilen istehsal etməyə davam edir.

Qabığı qəhvəyi ləkələrlə örtülmüş bananı yemək problem deyil. Bu göstərici sadəcə bananın yetişdiyini bildirir. Banan qaraldıqda qaralmış hissələri kəsib yemək olar.

Tacxeber.com

Oxşar xəbərlər