• 22 Noyabr 2024 23:16

Binanı özəlləşdirib, sakini döyən Hacı Mazanla bağlı məhkəmə qərarı AÇIQLANDI – VİDEO

Binanı özəlləşdirib, sakini döyən Hacı Mazanla bağlı məhkəmə qərarı AÇIQLANDI - VİDEO

Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalovun yaşadığı binada lifti özününküləşdirməsi ilə bağlı məhkəmə qərarı açıqlanıb.

Belə ki, Hacı Mazan yaşadığı blokdakı liftlərdən birinə kod qoyduraraq, yalnız ailə üzvlərinin istifadəsinə icazə verib.

İş adamının bu hərəkəti qonşular tərəfindən ciddi narazılıqla qarşılanıb. Onun özünü, ailə üzvlərini əlahiddə şəxslər hesab etməsi, qonşularını aşağılaması böyük qəzəb yaradıb.

Nəsimi Rayon Məhkəməsi R.Zeynalovun dırnaqarası “lift əməliyyatı”nın qanunsuz olması ilə bağlı qərar qəbul edib. Məhkəmə Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, ev 23 ünvanındakı binada R.Zeynalovun digər sahə mülkiyyətçilərinin ümumi əmlakı olan liftdən istifadəsinə yaratmış olduğu bütün qadağa və manelər qeyri qanuni olduğu qərarına gəlib.

Qeyd edək ki, Hacı Mazan sonuncu dəfə mənzil satdığı şəxsin evinə hücum etməsi, onu döyməsi ilə gündəmə gəlib.

BAKU.TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

Oxşar xəbərlər