Jurnalist Cəmil Məmmədli saxlanıldı
Jurnalist Cəmil Məmmədli saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov məlumat verib.
Bildirilib ki, Məmmədli Cəmil Qiyas oğlu başlanmış cinayət işi üzrə saxlanılıb. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.
Cəmil Məmmədli 15 dekabr 2022-ci ildə rayon sakini C. Ağabalayevlə münaqişə zamanı onun ünvanına nalayiq ifadələr işlədərək vətəndaşlar üzərində zor tətbiq etmək hədəsi ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ona əl və ayaqla xəsarətlər yetirib və onun anasının bədən nahiyəsinə zərbələr endirməklə xuliqanlıq əməli törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edək ki, Cəmil Məmmədli Quba və ətraf rayonların İcra Hakimiyyətlərinin və digər məmurların etdikləri qanunazidd hərəkətləri işıqlandırmağı ilə tanınmış bir blogerdir.