“Mədəniyyət Nazirliyi Afət Fərmanqızı kimi ifaçılarla bağlı ciddi tədbir görməli, belə müğənnilər efirə buraxılmamalıdır”.
Bu fikirləri Lent.az-a müsahibəsində illər öncə müğənni Afət Fərmanqızını şair Nəsiminin qəzəlinə oxuduğu “Pəncu şeş” mahnısını səsləndirdiyinə görə onu “debil” adlandıran müğənni Vaqif Nağıyev deyib:
“Gənc nəsil Nəsimini ya metrostansiyadan tanıyır, ya da Bakıda rayon adı olduğuna görə. Şair Nəsimini isə tanımırlar. Deyirlər ki, Nəsimi Afətin mahnısına söz yazandır da. Həqiqətən, biabırçılıqdır. Efirdə o ifaçını tənqid etdim, pislərinə gəldi. Nəyə görə? Mədəniyyət Nazirliyi Afət Fərmanqızı kimi ifaçılarla bağlı ciddi tədbir görməli, belə müğənnilər efirə buraxılmamalıdır”.