• 22 Noyabr 2024 21:02

İranda keçmiş millət vəkilinə şallaq vuruldu: Vəziyyəti ağırdır

 

İranın Bicar şəhərinin keçmiş millət vəkili Məhəmməd Məhəmmədrzayiyə 44 şallaq zərbəsi vurulub.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumatda bildirilir ki, həbsdə olan Məhəmmədrzayinin ağır xəstə olmasına baxmayaraq, barəsində çıxarılan hökm icra edilib. Bundan sonra millət vəkilinin vəziyyəti ağırlaşıb.

Onun xanımı Fatimə Bəhraminin sözlərinə görə, keçmiş millət vəkili məmurlar tərəfindən vətəndaşlara məxsus torpaq sahələrinin qanunsuz olaraq mənimsəmilməsinə etiraz etdiyi üçün beş il həbs cəzasına məhkum edilib.

Tacxeber.com

Oxşar xəbərlər