• 16 Sentyabr 2024 23:40

Rusiyanın Ukraynadakı DÖYÜŞ İTKİLƏRİ – FOTO

Rusiyanın Ukraynadakı DÖYÜŞ İTKİLƏRİ - FOTO

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

Bu haqda Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın 118 530 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 136 tank, 6 235 zirehli maşın, 2 122 artilleriya sistemi, 442 reaktiv yaylım atəşi sistemi, 220 hava hücumundan müdafiə sistemi, 287 təyyarə, 277 helikopter, 1 882 operativ-taktiki PUA, 749 qanadlı raket, 17 gəmi/qayıq, 4 896 avtomobil və avtoçən, 190 xüsusi texnikadan ibarətdir.

Tacxeber.com

Oxşar xəbərlər