• 22 Noyabr 2024 20:57

Vasif Talıbov xəstələndi: Xüsusi təyyarə ilə həkimlər gəldi

 

Naxçıvan Muxtar Respublikasının rəhbərliyindən kənarlaşdırılan Vasif Talıbov evə qapanıb və heç bir yerə getmir.

Bu barədə Gununsesi.info-ya sabiq Ali Məclis sədrinə yaxın mənbələr bildirib.

Məlumata görə, şəkər xəstəliyindən əziyyət çəkən Vasif Talıbov üçün Bakıdan xüsusi həkim də Naxçıvana gəlib.

Talıbovu müayinə edən həkimin 2 gün muxtar respublikada qaldığı deyilir.

Başqa bir məlumatda isə Talıbovun hər iki övladının Rza və Seymurun onlara məxsus biznes strukturlarının satışına başladığı və buna görə, bir neçə dəfə ölkədən xaricə çıxdıqları bildirilir.

Tacxeber.com

Oxşar xəbərlər