Əməkdar artist Cabir Abdullayev aparıcı Xoşqədəm Hidayətqızının tərifləyib.
Tacxeber.com xəbər verir ki, ARB-də efirə gedən “Günaydın Azərbaycan” verilişində qonaq olan xanəndə Xoşqədəm Hidayətqızının bütün telelayihələrinin uğur qazandığını bildirib.
Cabir Abdullayev dəvət üçün aparıcıya təşəkkür edərək, onun verilişinə qatılmaqdan məmnunluq duyduğunu dilə gətirib:
“Xoşqədəm xanımın verilişləri baxılır, sevilir. Bu yaxınlarda Ucara toya getmişdik. Qayıdanda dincəlmək məqsədilə bir çayxanada oturduq. Hamı Xoşqədəmin verilişinə baxırdı. Belə hadisələrin tez-tez şahidi oluram”.
Xoşqədəm Hidayətqızı xoş sözlərə görə əməkdar artistə təşəkkür edib. O, Cabir Abdullayevin xətrini doğma qardaşı qədər istədiyini deyib.