• 17 Sentyabr 2024 00:05

“Qərb Ukraynanı Azov dənizinə çıxmağa hazırlayır…”- Hərbi ekspert

Hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Roman Svitan Qərb ölkələrinin Ukraynanın Azov dənizi sahillərinin azad edilməsinə başlamaq üçün lazım olan silah və texnika ilə bağlı müraciətini necə təmin etməsindən bəhs   edib. 

O, bu haqda “NV” radiosuna danışıb.

Ekspert qeyd edib ki, biz [təxmin edilən silahların siyahısının] təxminən yarısını görürük və həmişə belə olub, deməli, prinsipcə, Azov sahilinə həmlə etmək [imkanı var]” .

Svitanın sözlərinə görə, Ukrayna qüvvələrinin əsas məqsədi Xerson və Zaporojye vilayətlərinin işğal olunmuş hissələrində Rusiyadan gələn təchizatı kəsmək və onları Krıma quru dəhlizindən məhrum etməkdir.

“Biz buna hazırlaşırıq, bunu bir ay əvvəl baş komandanımızın bu strateji həmləni həyata keçirmək üçün verdiyi istəklər təsdiqləyir: Azov sahillərinə çatmaq, Xerson-Krım rus qoşunları qrupunun Rusiyadan təchizatını kəsmək, quru dəhlizinin kəsilməsi. Bu [bu məqsədlər üçün] kifayətdir”- deyə o, əlavə edib.

“Rusiya qruplaşmasının [Ukraynanın cənubunda] mühasirəyə alınması… Sonrası isə texnologiya və zaman məsələsidir – Xerson vilayətində və Krımda qalacaq bu qoşunları sıxışdırıb məhv etmək”, – deyə ekspert yekunlaşdırıb.

Xatırladaq ki, təcavüzkar Rusiya 2022-ci ilin fevral-martında Berdyansk, Melitopol və Mariupol şəhərlərini işğal etməklə Ukraynanı müvəqqəti olaraq Azov dənizinə çıxışdan məhrum edib. (Moderator.az)

Tacxeber.com

Oxşar xəbərlər