• 20 Sentyabr 2024 02:31

Zeytun yarpağının bilmədiyiniz faydaları

 

 

Zeytun yarpağı nələrə faydalıdır?

Zeytun yanğını aradan qaldıran, qan şəkəri və yüksək təzyiqi salan, damar sərtliyinin qarşısını alan, sümük əriməsinə mane olan, xərçəng və digər xəstəliklərə qarşı faydalı təsir göstərən meyvədir, zeytun yağının faydaları haqqında hamımız bilirik və zeytun yağından istifadə edirik.

İndi gəlin zeytun yarpağının faydaları haqqında öyrənək.Zeytun yarpağı antioksidant təsirə malikdir, böyrəklərdən su ifrazını artırır,insulin müqavimətini artırır, qan şəkərini tənzimləyir. Diqqət əskikliyi və yuxu pozulmasına qarşı da təsirlidir.Mərkəzi sinir sistemini gücləndirir.Ürək sağlamlığını qoruyur,damar tıxanıqlığının qarşısını alır.

Ağrıkəsicidir, infeksiyaları aradan qaldırır. immuniteti gücləndirir. Gündə 2_3 dəfə, 2 ay müddətində içmək olar, 5_6 qram yarpaq 2 stəkan qaynar su ilə dəmlənir, 30 dəqiqə qalır süzülür, içilir.

Zeytun yarpağının tərkibində antioksidantlar və C vitamini portağalda olduğundan 5 dəfə çoxdur.

Damarların genişlənməsinə mane olur, təzyiqi stabilləşdirir, ürək xəstəliklərini müalicə edir, sidikqovucu təsirə malikdir, qəbizliyi aradan qaldırır, yorğunluğu aradan qaldırır,pis xolesterini azaldır.

Tacxeber.com

Oxşar xəbərlər