“Azərbaycanda da, Türkiyədə də evimiz var” – Xoşqədəm Hidayətqızı

Aparıcı Xoşqədəm Hidayətqızı bəzi insanların var-dövlət üçün əl-ayağa düşməsini qınayıb. Jurnalist deyib ki, bu dünyada qazandığı var-dövləti heç kim özü ilə o biri dünyaya aparmayacaq.
Tacxeber.com xəbər verir ki, Xoşqədəm Hidayətqızı ARB-də müəllifi olduğu “Günaydın Azərbaycan” proqramında verdiyi açıqlamalarla diqqəti öz üzərinə çəkib. O, insanları gözü-könlü tox olmağa səsləyib: “Heç kim dünyadan köçəndə özüylə pul aparmır. Sultan Süleyman öləndə əlləri açıq getdi, sahib olduğu sərvət bu dünyada qaldı. Həm Azərbaycanda, həm də Türkiyədə evimiz var. Heç vaxt böyük saraylarda gözümüz olmayıb”.