• 23 Noyabr 2024 03:45

Quranı yandıran Paludan kimdir? – Şok məlumatlar

Quranı yandıran Paludan kimdir? - Şok məlumatlar

 

 

Xəbər verdiyimiz kimi, İsveç polisi Danimarkanın ifrat sağçı Stram Kurs partiyasının lideri Rasmus Paludana Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandırmağa icazə verib. Hadisədən sonra İsveçin Ankaradakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. 

Musavat.com xəbər verir ki, İngiltərənin “Daily Mail” qəzeti ifrat sağçı lider Rasmus Paludanın nifrət və irqçilik cinayətləri ilə bağlı faylı araşdırıb.

Məlumata görə, 41 yaşlı Rasmus Paludan son bir neçə ildə Şimali Avropada “anti-İslam siyasətinin mərkəzində olub. İsveç vətəndaşlığına da sahib olan Paludan əvvəllər həm Danimarka, həm də İsveçdə dəhşətli etiraz aksiyaları keçirib və hər iki ölkədə zorakılıq dalğalarına səbəb olub.

2017-ci ildə Danimarkada qurduğu ifrat sağçı Stram Kurs siyasi partiyası ilə diqqət çəkən Paludan bütün müsəlmanların Danimarkadan deportasiyası çağırışı ilə də tanınır.

Paludan 2019-cu ildə “irqçilik” ittihamı ilə həbs cəzasına məhkum edilib, lakin həbs cəzası təxirə salınıb.

Partiyasının sosial mediada İslam əleyhinə videolar yaymasında təqsirli bilinən irqçi lider 2020-ci ildə yenidən həbs cəzasına məhkum edilib. O dövrdə irqçilik, böhtan və təhlükəli sürücülük kimi 14 fərqli ittihamla üzləşən Paludan 2022-ci ilin sentyabrında seçkilər öncəsi təşkil etdiyi mitinqlərdə dəfələrlə müsəlmanları hədəf alıb, Quranı yandırmağa çalışıb.

Hər fürsətdə tək düşmənlərinin “İslam və müsəlmanlar” olduğunu dilə gətirən Paludan 2018-ci ilin dekabrında yayımladığı videoda deyib: “Ən yaxşısı o olardı ki, yer üzündə bir nəfər də olsun müsəlman qalmazdı. O zaman son hədəfimizə çatmış olardıq”.

Stram Kurs partiyası İsveç və Danimarkada “Hard Line” kimi də tanınır. Danimarkanın “Weekendavisen” qəzetinin baş redaktoru Martin Krasnik 2019-cu ildə yazdığı məqalədə Rasmus Paludanın nasist əlaqələri olduğunu iddia edib. Lakin irqçi lider bu iddiaları təkzib edib.

Qeyd edək ki, France 24 təxribat nəticəsində İsveçin NATO-ya üzvlüyünün təsdiqinin çətinləşəcəyini açıqlayıb.

Tacxeber.com

Oxşar xəbərlər