Avropa ölkələri Rusiyadan enerji asılılığını tamamilə aradan qaldırıb.
Bunu AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
“Bir neçə ay ərzində biz illərdir yaratdığımız asılılığı aradan qaldırdıq. AB artan qaz qiymətlərinin son dərəcə kəskin mərhələsindən keçdi, lakin fevraldan əvvəlki səviyyəyə qayıtdıq”, – Borrell bildirib.