• 22 Noyabr 2024 22:39

“Aldığımız kitablar pornoqrafiya kitabı kimi ekspertizaya göndərildi”

 

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin təsisçisi Nigar Köçərli Bakı Baş Gömrük İdarəsi tərəfindən xaricdən gətirdiyi kitabların əlindən alındığını bildirib.

O, sosial media hesabında paylaşım edərək iddia edib ki, kitablar pornoqrafik olduğu əsasıyla ekspertizaya aparılıb:

“Bakı Baş Gömrük İdarəsi Almaniyadan idxal etdiyimiz incəsənət üzrə nəşrləri ilə məşhur olan “Taschen” nəşriyyatının bu kitablarını saxlayıb. Pornoqrafiya kitabı kimi ekspertizaya göndərilib”.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, gömrük orqanları səlahiyyətləri daxilində məlumatların doğruluğunun yoxlanılması məqsədilə araşdırma aparılması üçün malları müvəqqəti olaraq saxlaya bilər:

““Əli və Nino” kitab mağazası tərəfindən idxal edilən mallar da araşdırma aparlması üçün müvəqqəti saxlanılıb və proses başa çatdıqdan sonra buraxılışı təmin edilib.

Daha sonra Nigar Köçərli də açıqlama yayaraq kitabların geri qaytarıldığını bildirib.

Tacxeber.com

Oxşar xəbərlər