Səudiyyə Ərəbistanında yağan davamlı yağışlardan sonra təbiət, xüsusən də Məkkə şəhəri və ətrafı yaşıllığa bürünüb. Bu da yerli əhalini xeyli təəccübləndirib.
Tacxeber.com xəbər verir ki, Səudiyyə Ərəbistanın yaşıllığa bürünməsi ilə bağlı yayılan fotolar ciddi maraq çəkərək trendə çevrilib.
Hətta bir çoxları Səudiyyə Ərəbistanındakı bu yaşıllaşmanı qiyamət əlaməti kimi də dəyərləndirib. Bunu daha çox Hədisi Şərifdəki “Ərəb yarımadası yaşıllaşmayınca, qiyamət qopmaz” hədisi ilə izah edirlər.
Məsələyə aydınlıq gətirən professor İhsan Çiçək bildirib ki, bu, son hava şəraiti ilə əlaqədardır: “Builki hava şəraitinin yaratdığı dəyişikliyin nəticəsidir, yağıntı və temperatur anomaliyaları yaşayırıq. Ona görə də Hicazda baş verənləri iqlim dəyişikliyi adlandıra bilmərik. İqlim dəyişikliyi üçün daha uzun davamlı və ardıcıl proseslər lazımdır”.