Qərb ölkələri Ukraynaya gələn il və ya növbəti il deyil, Rusiyanı məğlub etmək üçün bu il kömək etməlidir.
Tacxeber.com-ın xəbərinə görə, bunu Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson deyib.
“İndi ukraynalılara yüzlərlə tank lazımdır və onları amerikalılardan, almanlardan, polyaklardan və başqalarından almalıdırlar. Qərb indi bu tankları hara yerləşdirməlidir? Şimali Reyn-Vestfaliyanı, Tennessini və ya və ya Uiltşirdə bir kəndi qorumaq üçün?”, – deyə Conson bildirib.