• 23 Noyabr 2024 05:22

Gündə cəmi 5 dəqiqənizi ayırın – Bu üsul stresslə mübarizə aparmağınıza kömək edəcək

Gündə cəmi 5 dəqiqənizi ayırın - Bu üsul stresslə mübarizə aparmağınıza kömək edəcək

 

 

Nəfəs almaq düşünmədən etdiyimiz bir şey olsa da, şüurlu nəzarət altındadır.

Tacxeber.com bildirir ki, tədqiqatçılar gündəlik tənəffüs praktikasının cəmi 5 dəqiqəsi stressi xeyli azaltmaqda effektiv olduğunu hesab edir.

Yeni araşdırmada Stanford Universitetinin bir qrup alimi fizioloji nəfəs və ya dövri nəfəs olaraq da bilinən tənəffüs praktikasının öyrənilməsinə diqqət yetirib. Tədqiqatçılar hesab edirlər ki, gündə 5 dəqiqədən çox olmayaraq dərindən nəfəs alıb-vermək meditasiya və ya hər hansı digər nəfəs təcrübəsindən daha təsirli ola bilər.

Tədqiqatın müəllifi Devid Şpigelin sözlərinə görə, alimlər əvvəllər tənəffüs nəzarətinin insanlara müsbət fiziki və emosional təsir göstərə biləcəyini aşkar ediblər. Bununla belə, yeni araşdırmada tədqiqatçılar tənəffüs təcrübələrini uzaqdan öyrətməyin mümkün olub-olmaması və zamanla nəfəs alma texnikası təcrübəsinin insanın zehni və bədəninə necə təsir edə biləcəyinə diqqət yetiriblər.

Yeni araşdırmada 114 könüllü iştirak edib və onlardan bir ay ərzində hər gün 5 dəqiqə stress azaltma məşqlərindən birini yerinə yetirmələri istənilib. Bütün bu müddət ərzində onlar öz nəticələrini təsvir etdikləri bir stress gündəliyininə doldurmalı idilər.

Məlumatları təhlil etdikdən sonra tədqiqatçılar belə nəticəyə gəliblər ki, bütün iştirakçılar stressi azaldan bütün məşqlərin onlara kömək etdiyini bildiriblər. Maraqlısı odur ki, məsələn, nəfəs alma təcrübələri ümumiyyətlə kortəbii meditasiyadan daha təsirlidir. Üstəlik, alimlər tsiklik nəfəs məşqləri edənlərin daha yaxşı nəticələr verdiyini qeyd ediblər.

Bəs tsiklik nəfəs nədir?

Tsiklik tənəffüsün tədqiqi hələ 1930-cu illərdə, alimlər insanların çox dərin yuxuda və klaustrofobik şəraitdə təbii olaraq tsiklik nəfəs alması ilə məşğul olduqları iki hadisəni müşahidə etdikdə başlayıb. Onlar müəyyən ediblər ki, yuxu zamanı karbon dioksid qanda toplanır, beyinə artım siqnalı göndərilir və bu, nəfəs almağa təkan verir.

Tədqiqatın həmmüəllifi, nevroloq və Stenford Universitetinin dosenti Endryu Huberman, tsiklik nəfəs alma təcrübəsini mənimsəməyə kömək etmək üçün bir video da hazırlayıb. Buraya daxildir:

Tədqiqatçılar həmçinin iddia edirlər ki, istənilən növ tənəffüs məşqləri stressi azaltmağa kömək edəcək:

Gələcəkdə, tədqiqatçılar tsiklik tənəffüsün tibbi müdaxilə kimi avtomatik tətbiq edilməsi üzərində işləməyə davam etməyi planlaşdırırlar.

Tacxeber.com

Oxşar xəbərlər