“Ukrayna prezidenti Volodimir Zelenski ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börnsdən Yevgeni Priqojini öldürməyi xahiş edib”.
Tacxeber.com bildirir ki, bunu “Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqov deyib. Onun sözlərinə görə, buna səbəb Priqojinin effektivliyi olub.
“Vaqner” muzdlu döyüşçü şirkətinin sahibi Yevgeni Priqojin isə ona qarşı düşünülən sui-qəsd planından xəbərdar olduğunu deyib. Bu barədə o, “Telegram” kanalında paylaşım edib.
“Bəli, bundan xəbərim var. Bu barədə mənə mətbuat xidmətindən məlumat verilib. Düşünürəm ki, çox yaxşı fikirdir, Priqojini aradan götürməyin vaxtıdır. Mənə müraciət etsələr, mütləq kömək edəcəyəm ” -, deyə “Vaqner” qrupun sahibi sözügedən iddiaya ironiya ilə reaksiya verib.