• 23 Noyabr 2024 01:46

Elşad Oksana ilə Şəhriyarın evliliyindən danışdı – VİDEO

 

Repçi Elşad Xose, Oksana və Şəhriyarın münasibətinə fikir bildirib.

Tacxeber.com xəbər verir ki, “YouTube”da yayımlanan müğənni Rəqsanə İsmayılovanın aparıcısı olduğu “Göz önündə” verilişinin qonağı olan repçi “Oksana ilə Şəhriyarın evliliyinə inanırdın?” sualına cavab olaraq bu mövzuya biganə olduğunu və danışmaq istəmədiyini bildirib:

“Daxilən tərəddüd edən insanam, hər şeyi araşdıranam, ilk baxışdan inanmaram. Sadəcə olaraq bu mövzu mənə maraqlı olmayıb deyə izləməmişəm. İnansam nə olacaq, inanmasam nə? Bu mövzuya mən o dərəcə biganəyəm ki, həmişə qaçmışam, açmamışam, istəmirəm bu haqda danışam”.

O qeyd edib ki, əgər 4-5 insan birini pisləyirsə, deməli burada nəsə var:

“Deyir, əgər sənin bir neçə ərin olubsa və onlar hamısı səni döyübsə, deməli problem səndədir, misal üçün deyirəm. Hamı pis ola bilməz axı. Sadəcə olaraq kimsə xəyanətə öyrəşib, kimsə yox. Ona görə bir az çətin mövzudur”.

Qeyd edək ki, Elşad Xose və Oksana Rəsulova 2012-ci ildə ailə qurub. Lakin bir il sonra cütlük qalmaqallı şəkildə boşanıb. İllər sonra aparıcı Şəhriyar Əbilovla evlənən Oksana 2022-ci ilin sentyabrında ondan boşandığını açıqlayıb. Keçmiş cütlüyün bu nikahdan Osman adlı bir oğlu var.

 Tacxeber.com

Oxşar xəbərlər