• 22 Noyabr 2024 19:08

“Evini qurtardığına, özünü xilas edərdi” – Kübra Əliyeva

 

“Vaxt istəyirdi, deyirdi, Allah mənə imkan versin balamı məktəbə aparım. Bu xəstəlik onda çox ağır fəsadlar verdi”.

Tacxeber.com xəbər verir ki, bu sözləri Əməkdar artist Kübra Əliyeva bir neçə gün əvvəl dünyasını dəyişən aktrisa Tünzalə Əliyeva haqda deyib. “Baku TV”yə açıqlama verən aktrisa bildirib ki, Tünzalə düzgün müalicə etdirməyib:

“Onda olan o xərçəng xəstəliyi bu gün milyonlarla qadını yaşadır. Biri mən özüm, həmin mərhələni keçmişəm. Xalqa müraciət edib, evini qurtardığına kaş ki, özünü qurtaraydı. Uşağı kirayədə yaşayardı. Özüdə balası ilə bir yerdə yaşayardı… Amma qara torpağa yaraşmırdı”.

Qeyd edək ki, “Toppuş bacı” ləqəbli aktrisa uzun sürən xərçəng xəstəliyindən sonra vəfat edib. Onun Zəhra adlı bir qız övladı var. T.Əliyeva evinin kreditini ödəmək üçün “Bizimləsən” verilişində yardım istəmişdi.

Tacxeber.com

Oxşar xəbərlər