Rusiya, Cənubi Afrika və Çinin birgə dəniz təlimləri keçirmək planları Qərbi qəzəbləndirib.
Tacxeber.com xəbər verir ki, bu barədə Fransanın “L’Opinion” qəzeti yazır.
Nəşr qeyd edir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov xüsusi əməliyyat başlayandan sonra Cənubi Afrika Respublikasına iki dəfə səfər edib.
Cənubi Afrika Qərbin sanksiyalarını tənqid edib və Rusiya ilə əməkdaşlığı dayandırmayıb.
Bundan əlavə, respublika BRİKS çərçivəsində Moskvanın strateji tərəfdaşına çevrilib. Fevralda Rusiya, CAR və Çinin iştirakı ilə birgə dəniz təlimləri planlaşdırılır.
“L’Opinion” vurğulayır ki, bu hadisə Qərbdə qəzəb doğurur, çünki onlar bunu təhlükə kimi görürlər. Qeyd edilir ki, Rusiyanın Afrikada güclənməsi Qərb ölkələrinin Moskvanı təcrid etmək cəhdlərinin nəticəsiz qalmasından xəbər verir.