• 22 Noyabr 2024 23:08

Azərbaycanın Fransadakı səfiri İrana çağırış etdi

 

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Tehranda Azərbaycan səfirliyinə hücumla bağlı İrana çağırış edib.

Tacxeber.com xəbər verir ki, bu barədə azərbaycanlı diplomat “Twitter” hesabında paylaşım edib.

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumun olduğunu bildirən Leyla Abdullayeva bu hücum nəticəsində səfirliyini təhlükəsizlik işçilərinin yaralandığını və həlak olduğunu qeyd edib.

“Biz diplomatik missiyalara edilən istənilən hücumu qətiyyətlə pisləyirik və ev sahibi ölkənin Vyana Konvensiyasının yerinə yetirməyə çağırırıq”, – Leyla Abdullayeva vurğulayıb.

Xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hadisə nəticəsində səfirliyin təhlükəsizlik xidmətinin rəhbəri öldürülüb, iki əməkdaş isə yaralanıb.

Tacxeber.com

Oxşar xəbərlər