• 23 Noyabr 2024 00:17

Saakaşviliyə qoyulan diaqnoz təsdiqlənmədi

 

Levan Samxarauli adına Milli Ekspertiza Bürosu “Empathy” Tibb Mərkəzinin Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliə qoyduğu diaqnozu təsdiqləməyib.

Tacxeber.com xəbər verir ki, bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyib.

“Əminliklə deyə bilərik ki, Milli Ekspertiza Bürosunun rəyinə əsasən, əvvəllər qoyulmuş psixiatrik, nevroloji və qastroenteroloji diaqnozlar etibarlı və təkzibedilməzdir”, – deyə nazir bildirib.

Nazirin sözlərinə görə, nəticə məhkəməyə təqdim ediləcək.

Tacxeber.com

Oxşar xəbərlər