• 22 Noyabr 2024 23:34

Dalaq xəstəliyi. Onu xəstələnməyə qoymayın!

Bu kiçik limfoid orqan – çəkisi 150-200 qram, uzunluğu təxminən 10 sm, rəngi tünd qırmızı olan dalaq orqanizmdə qanyaradıcı üzvlərin ən böyüyüdür.

Dalağın orqanizm üçün önəmi olduqca çoxdur: burada limfositlər törəyir və qırmızı qan cisimcikləri pozulur. Dalaq həmçinin yetərincə şişərək qanın təzyiqini azaldır və onu nizama salır.

İti sürətlə axan çay dənizə tökülərkən sürətini azaltdığı kimi, dalaqda qan 8-10 mikron diametrli arterial kapillyarlardan 80-150 mikron diametrli venoz kapillyarlara keçdikdə yavaş axır; nəticədə ağ qan cisimciklərinin fəaliyyəti artır və onlar faqositoz vəzifəsini ifa edirlər.

“Gəzən” orqan

Sol tərəfimizdə mədə ilə qabırğanın arasında “gizlənən” və yerini dəyişə bilən dalaq insan orqanizminin çox qəribə üzvüdür. Bəzi hallarda insanda çox kiçik olan əlavə dalağa təsadüf edilir və xəstəliklə bağlı əsas dalaq götürüldükdə həmin əlavə dalaq böyüyüb kənar edilmiş dalağı əvəz edə bilir. Nadir hallarda anadangəlmə dalağın yoxluğuna da təsadüf edilir.

Yeni doğulmuş körpələrdə dalağın kənarı sivri olur. İlk uşaqlıq dövründə dalaq paylı olur; yaşa dolduqca bu xüsusiyyət az-az təsadüf edir. Yenidoğulmuşlarda dalaq nisbətən yuxarıda yerləşir, hərəkətli və boylama oxu üfqi səthə yaxın olur. Tədricən dalaq şaquli vəziyyət alır. 7-12 yaşında dalaq yetişmiş şəxslərdəki nisbətə çatır. 40 yaşından sonra dalağın həcmi kiçilməyə başlayır və qocaldıqda aşağı enir.

Xəstələnsə, başqalarını da xəstələndirir

Dalaq bədənimizin çox incə və dözümlü üzvüdür. Əsasən soyuqdəymədən xəstələnir. Dalaq xəstəliyi uzun müddət ağrısız və gizli gedir.

Dalaq ağrıyırsa, deməli, artıq kəskin xəstəlik və şişkin vəziyyətdədir. Dalağın xəstəliyi gizli olaraq orqanizmin müxtəlif sahələrinə güclü mənfi təsir göstərir:

– qaraciyərdə qanın tərkibini çirkləndirir;

– hemoqlobinin aşağı düşməsinə təsir edir;

– mədəaltı vəzə, mədənin həzminə təsir edir;

– bağırsaqların işləməsinə gizli təsir göstərir;

– hətta oynaqlarda revmatizm xəstəliyinin yaranmasına səbəb olur.

Dalaq xəstəliyini təyin etmək üçün sol tərəfdə qoltuq altından qabırğanın sonuna qədər, həmçinin həmin hissənin arxa divarında energetik gərginlik əllə yoxlanılır. Əgər hər iki tərəfdə qabarıq gərginlik hiss edilirsə, demək, dalaq bütün həcmi üzrə soyuqlayıb və xroniki xəstədir. Əgər bu divardan yalnız birində energetik gərginlik özünü göstərərsə, onda dalağın xəstəliyi tam həcmi üzrə deyil, yüngüldür və xroniki deyil. Onda onun xəstəliyi daha tez müalicə olur.

Müalicəsi

Dalaq xəstəliklərində əsas müalicə kimi bioenerjidən istifadə edilir. Bioenerji ilə müalicə 10 gündən 20 günə kimi bir gündən bir müalicə edilir. Bu zaman müvafiq otlardan təmizləyici kimi, vitaminlərdən qidalandırıcı kimi və bal məhsullarından həm qida, həm təmizləyici kimi istifadə edilir. Əsasən səhərlər qaçış vaxtı dalaq və qara ciyərlərdə sancılar baş verir. Bu çatışmazlıqlar uşaqlarda boyun inkişafına çox güclü əks-təsir edir. Bunu aradan qaldırmaq üçün bioenerji ilə təsir etmək olar.

Dalağa faydalıdır

– Dalaq sancması zamanı balqabaq yarpağının və məcnun söyüdün yarpağının suyunu iskəncəbi ilə için, acı badam yeyin.

– Balqabağın 2-4 q quru qabığını 10 q sirkə ilə içmək qızdırma ilə müşayiət olunan dalaq böyüməsinə qarşı faydalıdır.

– Yulğun çöpünü sirkədə qaynadıb, dalaq nahiyəsinə təpitmə qoyduqda yaxşı təsir göstərir.

– Turp toxumunu yumşaq döyüb sirkəyə qataraq təpitmə qoymaq, sədəfotunu yemək və təpitmə kimi işlətmək də müsbət nəticə verir.

– Vəzərini üzüm sirkəsində qaynadıb gün altında qurutduqdan sonra buğda ununa qatıb çörək bişirir və qurudub döyür, hər gün ondan bir qədər götürüb təpitmə qoyurlar.

– Meyvə çubuğunun külündən gül yağı və sirkə ilə təpitmə qoymaq qızdırma ilə müşayiət olunan dalaq böyüməsinə qarşı xeyirlidir.

– Quzuqulağının kökü, turp qabığı, yaxud acı paxla və yarpız sirkədə qaynadılır. Daha sonra döyülərək dalaq nahiyəsinə təpitmə qoyulur.

– Xardalı əncirlə döyüb təpitmə qoymaq dalaq şişinin çəkilməsinə kömək edir. Dəmir yanığından təpitmə qoymaq da çox xeyirlidir.

– Dalaq şişi sidiklə əlaqədar olarsa və sidiyini rəngi dəyişərsə, məcnun söyüdün yarpağını kölgədə qurudub döyür, bundan 5 q qədər səhərlər şəkərlə içirlər.

Dalaq lazımdırmı?

Dalaq bədənimizin qəribə orqanıdır. Məşhur həkim Qalen onu “ən sirli” orqan sayırdı.

Dalağın anadangəlmə olmaması və ya cərrahi əməliyyatla kəsilib atılması orqanizmin həyat qabiliyyətinə və inkişafına elə bir dərin təsir göstərmir.

Qədim romalılar və yunanlar qaçış yarışına çıxan idmançıların dalağını götürürdülər ki, qaçışçı sürətini artıra bilsin.

Uzun müddət onu mütəxəssislər endokrin toxuması sayırdılar. Lakin sonradan bu teoriyadan imtina edildi. Hazırda belə fikirlər də var ki, dalaq onurğa beyninin hormonal işləməsini tənzimləyir.

Ümumiyyətlə, dalağın funksiyaları və əhəmiyyəti sonadək öyrənilməyib.

Tacxeber.com

Oxşar xəbərlər