• 19 Sentyabr 2024 05:55

Erməni qadınlar üçün hərbi xidmət yaradılır

Erməni qadınlar üçün hərbi xidmət yaradılır

Ermənistanda qadınlar üçün könüllü hərbi xidmət yaradıla bilər. 

Tacxeber.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, erməni qadınlar üçün könüllü hərbi xidmətlə bağlı institutun tətbiqi planlaşdırılır.

Bundan əvvəl Ermənistan müdafiə nazirinin müavini Armen Sarkisyan bildirmişdi ki, qadınların hərbi xidmətə qəbulu ilə bağlı qanun layihəsi hazırlanır.

Tacxeber.com

Oxşar xəbərlər