Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu zamanı şəhid olan Orxan Əsgərovun nəşinin Azərbaycana gətirilməsi üçün XİN tərəfindən müvafiq tədbirlər görülür.
Tacxeber.com APA-ya istinadən xəbər verir ki, bu məqsədlə Azərbaycana məxsus təyyarə Tehranda hava limanında gözləyir.
Lakin İran növbəti dəfə islami dəyərlərə hörmətsizlik göstərərir. Sözügedən ölkə riyakarlıq nümayiş etdirərək şəhidimizin nəşinin verilməsini bürokratik əngəllərlə süni şəkildə ləngidir.