• 23 Noyabr 2024 00:07

Terror aktına görə beynəlxalq aləm ciddi reaksiya verib, İrana qarşı ciddi tədbrilər görməlidir – Açıqlama

 

“Tehrandakı səfirliyimizdə törədilən terror aktı Azərbaycan dövlətçiliyinə qarşı törədilən qəsd cəhdidir. Amma unudurlar ki, bu cür cəhdlərin heç bir faydası yoxdur və bizi tutduğumuz yoldan döndərmək mümkün deyil. Ümumiyyətlə  İranda səfirliklərə hücum, diplomatların oğurlanması və qətl edilməsi hadisəsi birinci deyil.  Belə hadisələr  İranda sanki bir ənənə halını alıb. O baxımdan da Tehrandakı səfirliyimizdə törədilən terror aktını  təsadüfi cinayət hesab etmək olmaz. Bu İranın Azərbaycanın xarici ölkələrdəki səfirliyinə olan ilk hücumu deyil. Bundan bir neçə ay öncə Londandakı səfirliyimizə də belə hücumlar edilib”.

Bu sözləri deputat Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, İran baş verən terror aktına başqa don geyindirmək əvəzinə  terroru törədən şəxsin və onun sifarişçilərinin tezliklə tapılıb sərt cəzalandırılmasına nail olmalıdır. “Bilirik ki, İranda  cinayətlərə görə insanlara ən ağır cəza verili və ya edam olunur. Amma biz səfirlikdə   terror törədən şəxsi telekanallara çıxarıb, onun əməlinə hansısa formada  bəraət qazandırmağa çalışırlar. Bu da təbii olaraq bizə müəyyən suallar yaradır. Telekanalların rahat bir şəkildə terrorçudan müsahibə alıb yayımlaması terrorun əvvəlcədən planlaşdırılması  düşüncəsi yaradır. Bu yolla cinayətin törədilməsinin əsl səbəblərini və izini itirməyə, cəmiyyəti çaşdırmağa çalışırlar. Amma bir daha  təkrar edirəm ki, İran tarixində diplomatlara qarşı cinayət  hadisələri  çox olub. Bu bir növ  İranın dövlət siyasətidir. Təsadüfi deyil ki, çoxsaylı dünya ölkələri və beynəlxalq təşkilatlar İranı terroru himayə edən ölkə hesab edirlər. Ona görə də hesab edirəm ki, əgər doğrundan İran dövləti bu terroru törətmədiyini iddia edirsə, o zaman  sifarişçilərin kimliyini və hara bağlı olduğunu müəyyən edib, açıqlama verməlidir. Əks təqdirdə, bu onunsuz da heç də yaxşı olmayan ikitərəli münasibətlərə daha ciddi zərbə vurmuş olacaq”.
Deputat sonda onu da vurğulayıb ki, beynəlxalq aləm Azərbaycanın Tehrandakı səfirliyində törədilən terror aktına biganə yanaşmayıb, İrana qarşı ciddi tədbirlər görməli və konkret addımlar atmalıdır: “Bu gün Azərbaycan səfirliyində baş verən terror aktı, sabah digər ölkənin səfirliyində  baş verməsi istisna deyil. Son illərdə Tehranda  bir sıra xarici ölkənin diplomatik nümayəndəliyinə qarşı belə hücumlar olub”.

Tacxeber.com

Oxşar xəbərlər