İranın İsfahan şəhərində güclü partlayış baş verib.
Tacxeber.com xəbər verir ki, bu barədə bazar günü IRNA öz mənbələrinə istinadla məlumat yayıb.
Hadisə ölkənin Müdafiə Nazirliyinin sursat istehsalı mərkəzlərindən birində baş verib. Obyekt şəhərin şimalında yerləşir. Hazırda mövcud olan məlumata görə, itki yoxdur.
İsfahan vilayəti qubernatorunun təhlükəsizlik məsələləri üzrə müavini partlayış faktını təsdiqləyib. O, həmçinin qeyd edib ki, hadisənin səbəbi və dəymiş ziyan müəyyən edilir.
İran Müdafiə Nazirliyinin iddiasına görə, sursat zavoduna kamikadze dronlar tərəfindən hücum edilib. Hücum nəticəsində itki olmayıb.
Dronlardan birinin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğu, daha ikisinin müdafiə “tələləri”nə düşərək partladığı deyilir.