Koronovirusun ən çox təsir etdiyi orqan ağciyərdir. Virusun ağciyərlərə təsiri ilk növbədə nəfəs almağı çətinləşdirir. İndiki dövrdə ağciyəri qorumaq, onun sağlamlığının qayğısına qalmaq üçün qidalanma da vacib sayılır.
Türkiyədən olan dietoloq Derya Zünbülcan zəncəfil, alma, kələm, zeytun yağı, qatığın ağciyər təmizləyici kimi adını çəkib. Onun sözlərinə görə, pandemiya ilə mübarizə apararkən sarımsaq, avokado, zəncəfil, alma, kələm, zeytun yağı və qatıq masalardan əskik olmamalıdır. O, pandemiya dövründə bu qidaları bol-bol qəbul etməyi tövsiyə edib. Bu, həm də immunitet sistemini gücləndirir.
Mütəxəssis qeyd edib ki, sarımsaq ağciyərlər üçün təbii bir antibiotikdir. Tərkibindəki maddələr sayəsində ciyərləri təmizləyir və qoruyur. Digər bir təbii detoks qidası olan zəncəfil, tərkibindəki maddələr sayəsində zəhərli hissələrin ağciyərlərdən çıxarılmasını asanlaşdırır və beləliklə, ağciyərlərin daha asan nəfəs almasına imkan verir. Yeməklərə və salatlara da sarımsaq əlavə etmək olar.
Zəncəfildən dəmləmə kimi və ya suya qarışdırıb içmək olar. 2 stəkan zəncəfil çayı gün ərzində ağciyərin təmizlənməsini asanlaşdırır.
Çox yüksək səviyyədə A, C, E vitaminləri olan alma da minerallarla olduqca zəngindir. Həftədə 5 porsiya və ya daha çox alma yemək ağciyər sağlamlığını dəstəkləyir.
Ağciyəri təmizləyən başqa bir qida maddəsi kələmdir. Kələm tərkibindəki antisionin sayəsində qaraciyər və ağciyərlərin təmizlənməsini asanlaşdırır və immunitet sistemini gücləndirir.
Eləcə də brokoli tərkibindəki sülforafan maddəsi sayəsində bədəni xərçəngdən, xüsusən də ağciyər xərçəngindən qoruyur.
Ağciyərlərdən bəhs edərkən zeytun yağı və qatığı da unutmaq olmaz. Dietoloq bu qidaların da ağciyər üçün çox faydalı olduğunu vurğulayıb. Qeyd edib ki, xroniki obstruktiv ağciyər xəstələri üzərində aparılan araşdırmalar göstərib ki, çox qatıq qəbul edən edənlərdə simptomlar 35 fazi azalır.
Avokado da ağciyər toxumasının yenilənməsini və təravətlənməsini təmin edir. Onu qəbul etməklə də immunitet sistemini gücləndirə və ciyərləri təmizləmək olar.