Türkiyənin “İsmailağa Camaatı” təriqətindən olduqları bildirilən dindarlar təyyarədə namaz qılmaqları ilə gündəmə gəliblər.
Tacxeber.com big.az-a istinadən bildirir ki, həmin anı eks etdirən kadrlar “TikTok”da “İman varsa, imkan da var” sözləri ilə paylaşılıb.
İzləyicilərdə bu namazların qəbul olunub-olunmaması ilə bağlı suallar yaranıb.
Bəziləri təyyarənin uçuş halında qiblədən döndüyünü və namazın batil olduğunu iddia ediblər, digərləri təyyarədə namazı oturan halda qılmağın kifayət etdiyini bildiriblər.