• 23 Noyabr 2024 03:11

Gözü dönmüş Abşeron İcra başçısı “qolçomaq” Abdin Fərzəliyevin layihə monopoliyası:

 

Etibarlı mənbədən və adılarının çəkilməsini istəməyən layihə ofisləri çalışanlarının (adları çəkilsə, rayon ərazisində ümumiyyətlə fəaliyyətləri qadağan edilər və ya Abdinin pulyığan kassası Nurlanın lotu-potu dəstəsi yolunu kəsib cəzalandırar) bildirdiyinə Abdin Fərzəliyev Abşerona başçı gələndən bəri abşeronlular qan ağlayır. Geniş əraziyə malik Abşeron rayonu hər kəsin bildiyi kimi ən çox inşaat işləri həyata keçirilən rayondur. Belə ki, Abşeron torpağın, evin ucuzluğuna və paytaxta yaxınlığına görə ölkənin kasıb əhalisi üçün cəlbedicidir. Bakı ətrafı kəndlərin və qəsəbələrin çoxu Abşeron ərazisinə daxildir. Daxil olmayanlardada Abşerona məxsus sovxoz torpaqları vardır.

Layihəçilər bildirir ki, Abdin Fərzəliyev gələndən Abşeronda xüsusi mülkiyyətə malik olan sakinlər, qanunvericiliyə və Nazirlər Kabinetinin təlimatına uyğun olaraq razılaşdırma icraatı qaydasında razılaşdırıb ev tikmək şansını itirib. O özünü qanunların üzərində olan bir qolçomaq kimi görür və öz qaydalarını tətbiq edir. O, qanuni razılaşmaya sənəd təqdim edən hər bir vətəndaşı, qanunsuz imtinalarla süründürərək, sələfi İradə Gülməmmədovaya rəhmət oxutdurmaqdadır.

Bildirirlər ki, xanım Gülməmmədovanın vaxtında qanuna müvafiq daxil olan bütün sənədlər razılaşdırılırdı. Onun baxtında yalnız qanunun tələbinə cavab verməyən işlərdən pul alırdı. Həmdə konkret tas qoyulmirdu. Vətəndaşın imkanları nəzərə alınırdı. Yəni, bir sözlə baş kəsilmirdi, imkan daxilində həll olunurdu işlər. İş görənə güzəştlər olunurdu. Qanuni sənədləşmədə isə vətəndaşlar heç bir əlavə xərcə düşmədən, rüşvət vermədən evlərini tikib yaşaya bilirdilər. İndi isə fərdi yaşayış evlərinə görə qanunvericiliyə uyğun gələn niyyətin razılaşdırılması, tam paket sənədlə 3000-dən 6000-ə, uyğun gəlməyən “Gözyümdü” razılaşmalarının qiyməti isə 4000-dən 20000-ə qədər müəyyən edilib.

Mənbə onu da bildirir ki, ev tikmək istəyən heç kəs ilk müraciətdən tikintisini razılaşdıra bilməz. Bu qolçomaq Abdin müəllimin xüsusi qayda ilə birmənalı olaraq təlimatıdır. Təqdim olunan 100 faiz tələblərə uyğun tam paket sənədə Abşeron RİH Memarlıq və Tikinti şöbəsi birmınalı olaraq hər hansı bir uydurma səbəb tapıb imtina verəcəkdir. İzahsız, şablon imtinalar verilir və əksər hallarda dəfələrlə imtinalar təkrar edilir. Hansıki, Şəhərsalma haqqında qanunun 80-ci maddəsində göstərilir ki, yalnız 1 imtina verilə bilər və bütün çatışmazlıqlar 1 imtinada göstərilməlidir. Vətəndaş bir imtinada göstərilən çatışmazlıqları aradan qaldırıb yenidən sənədlərini təqdim edib razılaşdırmalıdır.

Belə etməkdə məqsəd odur ki, vətəndaşları süni şəkildə əngəlləsinlər. Vətəndaş düşünsün ki, pul verməsə mümkün deyil.

Eyni zamanda bu yolla həmdə bir təpiklə iki quş vurmuş olurlar.

Həm vətəndaşı sürüyüb pulun almağı hesablayırlar, həm də, Abşeron RİH Memarlıq və Tikinti şöbəsinin monopoliyasında olmayan layihə ofislırində hazırlanan layihələri qaralayırlar. Sanki doğru işlənmir deyə. Sanki bunların monopoliyasında olan layihə ofisində işlənməyən layihə səhvdir deyə. Bu yolla özəl sektorda çalışan layihəçiləri vətəndaşla üz-üzə qoyurlar. Süni imtinaları əsasən layihələrə kökləyirlər. Təbii ki, müraciət edənlər memar deyil. Layihənin səhv və ya düz olduğun analiz edə bilmirlər. Düşünürlər ki, layihəçi memarın səhvinə görə onun razılaşdırılması təmin edilmir. Verilən imtinaya əsasən neçə dəfə dəyişsə də sənədləri qəbul edilmir və ya edilir qanunsuz olaraq təkrar-təkrar imtinalar verilir. Sonra vətəndaşa təklif edirlər ki, layihələrini gedib “Abşeron layihə bürosu” adlanan layihə ofisində çəkdirsinlər. Guya oradakılar vunderkinddir, düz çəkirlər, orada çəkiləndə keçəcək. Memarlığa hesab verən həmin büro vasitəsilə vətəndaşlar 1 kvm-i 1 manata hazırlanan layihəni ən azı 2 manatdan başlayaraq sifariş edə bilirlər. Bu isə gün ərzində tikinti işlərindən yüz minlərlə manat vəsait toplayan Abdin Fərzəliyevin layihə monopoliyasıdır. Yəni, bu cılız korrupsioner razılaşdırmada topladığı böyük pulların yanında qəpik-quruş hesab edilən zəhmətkeş layihəçilərin çörəkpuluna da dönmüş gözünü dikir. Onların çörəyin kəsir ya da boğazına şərik olur.

Layihəçilər bildirir ki, yaranmış vəziyyətə görə tikinti işləri sürətlə azalıb.

Tacxeber olaraq qarşı tərəfin də mövqeyini bölüşməyə hazırıq (tacxeber@gmail.com)

Tacxeber.com

Oxşar xəbərlər