Müğənni Roza Zərgərli açıqlaması ilə diqqət çəkib.
Tacxeber.com xəbər verir ki, sənətçi “Xəbər-ətər” proqramında prodüseri döydüyünü etiraf edib. O, adını açıqlamadığı bir prodüserlə dalaşdığını deyib:
“Efirdə qalmaqal etmirəm. Kamera arxasında yaxşı dalaşıram. Bizim sahədə çalışan biridir. Söz yarası pisdir. Yazığın telefonu, paltarı, ağzı da “getdi”. Əlimdən güclə aldılar. Mən həyasız adamam. Məsələ yayılsaydı, adamın özünə ziyan idi. Mən də xəbər yayan deyiləm”.