• 22 Noyabr 2024 11:07

DÜNYANIN İKİ NƏHƏNG DÖVLƏTİ SAVAŞ ASTANASINDA: Baydenin əmri ilə “Casus balonu”nu vuruldu, rəsmi Pekindən qəzəbli cavab hədəsi gəldi

 

 

Yanvarın 28-də ABŞ səmasında təsbit edilən və Çinə aid olduğu elan edilən “casus balonu” iki ölkə arasında böyük böhrana səbəb olub.

ABŞ ordusu bir neçə gün bu “casus balonu”nu nəzarətə saxlayıb: “Biz onu vurmağa ehtiyat edirik, çünki bu halda onun erə düşəcək qalıqlarınınhansı təhlükələrə yol açacağını bilmirik. Hələlk araşdırırıq”.

ÇİN Xarici İşlər Nazirliyi isə açıqlama yayaraq, “casus balonu”nun onlara məxsus olduğunu deyərək, güclü küləyin onu sürükləyib Amerika torpaqlaırna keçirdiyini etiraf edib: “Ammma bu casusluqla məşğil olan təyyarə deyil, hava məlumatları toplayan mülki təyyarədir”.

Bu gün isə ABŞ Müdafiə NazirliyiNİN Lenqli Hərbi Hava Qüvvələri bazasından havaya qalxan F-22-dən atılan səsdən sürətli raketlə (hipersonik) balonu vurub.

ABŞ prezidenti Co Bayden məsələ ilə bağlı açıqlama verib. “Mən çərşənbə günü “balonu”n vurulmasını əmrini verdim . Onun mümkün qədər tez yerə atılmasını istədim, lakin dağıntıların insanlara zərər verməməsinin prosesi ləngitdi”

Pentaqon rəhbərliyi isə ən uyğun zamanda – “casus balonu”nun Atlantik okeanı üzərində vurulduğu barədə foto və açıqlama payıaşıb Virciniya ştatındakı Lenqli Hərbi Hava Qüvvələri bazasından havaya qalxan F-22-nin balonu məhv etdiyi bidirilib.

Qırıcı təyyarənin istiliyə həssas, səsdən sürətli AIM-9X raketindən istifadə etdiyi də qeydə alınıb.

“Casus balonu”nun vurulmasına isə rəsmi Pekin qəzəbli reaksiya verib.

Çin Xarici İşlər Nazirliyi bəyanat yayaraq, ABŞ-ın “Balonu” vuracağını əvvəlcədən xəbər vermədiyini qeyd edib və “Balon”un külək səbəbiylə təsadüfən ABŞ ərazisinə keçdiyini təkrarlayıb: “Çin ABŞ-dan bu hadisəni sakit və peşəkar şəkildə həll etməyi dəfələrlə xahiş etdi. Lakin ABŞ güc yolunu seçərək həddindən artıq sərt reaksiya verdi. Bizim də buna cavab vermək haqqımız var”.

Bəyanatda o da iddia olunub ki, “balon” vurularkən ABŞ ərazisini tərk edibmiş.

“Reuters” isə bu hadisənin arxa planı ilə bağlı belə bir sualı manşetinə daşıyıb: “Bəzi suallar cavabsız qaldı. Məsələn, “Çin balonu” ABŞ-ın hava məkanında hansı məlumatları toplayıb ölkəsinə ötürdü?”.

Xatırladaq ki, “Casus balonu” yanvarın 28-də Alyaska üzərində müşahidə edilib və yanvarın 30-da Kanada hava məkanına daxil olub.

Daha sonra şar yenidən ABŞ sərhədini keçərək ölkədə növbəti panikaya yol açıb.

Tacxeber.com

Oxşar xəbərlər