• 08 Sentyabr 2024 05:26

Ukrayna limanında gəmi batdı

Ukrayna limanında gəmi batdı

Ukraynanın Reni limanında (Odessa vilayəti) göyərtəsində 860 ton buğda olan Rumıniyaya məxsus barja batıb.

Tacxeber.com “ProTV”yə istinadla xəbər verir ki, məlumatı gəmi sahibi yayıb.

Onun sözlərinə görə, yükləmə zamanı maşın otağına su dolmağa başlayıb. Beş rumıniyalı dənizçi xilas olub. Hadisənin səbəbləri hələlik məlum deyil.

Barja baş ofisi Konstansada yerləşən Rumıniya şirkətinə məxsusdur.

Tacxeber.com

Oxşar xəbərlər