İdmançının meyiti dağıntılar altından tapıldı Dünya 06 Fevral 2023 20:51 93 Türkiyədə baş verən zəlzələ zamanı dağıntılar altında qalan “Yeni Malatyaspor” klubunun qapıçısı Ahmet Eyüp Türkaslan həyatını itirib. Oxu24.com xəbər verir ki, bu barədə klubun keçmiş prezidenti Adil Gevrek məlumat verib. O bildirib ki, Ahmet Eyüp Türkaslanın həyat yoldaşı dağıntılar altından sağ çıxarılsa da, futbolçu üçün bu mümkün olmayıb. Uzun axtarışlardan sonra onun cansız bədəni dağıntılar arasında tapılıb. Tacxeber.com