Tacxeber.com İHA-ya istinadla xəbər verir ki, Gölcük zəlzələsi 17 avqust 1999-cu il 7,4 bal gücündə baş verib.
Belə ki, zəlzələ Ankaradan İzmirə qədər geniş bir ərazidə hiss olunub. Rəsmi məlumatlara görə, hadisə nəticəsində 17 480 nəfər ölüb, 23 781 nəfər yaralanıb.
Xatırladaq ki, Türkiyədə ən böyük zəlzələ 27 dekabr 1939-cu ildə Ərzincanda baş vermişdi. 7.9 bal gücündə 52 saniyə davam edən zəlzələdə 32 962 nəfər ölmüşdü. 100 000-ə yaxın insan isə yaralanmışdı.
Dünyanın ən böyük zəlzələləri arasında sayılan bu zəlzələ Türkiyənin ən ciddi təbii fəlakətlərindən biridir.
Qeyd edək ki, Kahramanmaraş və ətraf şəhərlərdə dünən gecə saatlarında 7,4 bal gücündə zəlzələ baş verib. Hələ də davam edən zəlzələ nəticəsində 1014 nəfər həyatını itirib.