• 20 Sentyabr 2024 02:00

Türk məşhurlarından Azərbaycana TƏŞƏKKÜR MESAJLARI – FOTO

 

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyənin bir neçə bölgəsində 7,8 bal gücündə dağıntılara səbəb olan dəhşətli zəlzələ baş verib.

Tacxeber.com xəbər verir ki, ilk olaraq Azərbaycan qardaş ölkəyə yardım heyətini göndərib.

Türkiyəli məşhurlar isə bununla bağlı sosial şəbəkə hesablarında paylaşımlar edərək Azərbaycana və xalqımıza təşəkkür mesajlarını yollayıblar.

Müğənni Gülbən Ərgən yardıma gələn ölkələrə, başda Azərbaycan olmaqla minnətdarlığını ünvanlayıb. Tez-tez paytaxtımızın qonağı olan digər müğənni Demet Akalın da Azərbaycanlı heyətin Türkiyə hava limanında lentə alınan şəklini izləyiciləri ilə bölüşərək, təşəkkürünü yazıb.

Daha bir ifaçı Doğan Cem də Bakıda könüllü insanlar tərəfindən Türkiyə üçün gətirilən yardımların görüntülərini paylaşaraq, təşəkkürünü bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə ötən gün Fövqəladə Hallar Nazirliyinin (FHN) heyəti Türkiyəyə yardıma göndərilib. Bundan başqa, yardımlardan ibarət növbəti təyyarə isə bu gün Türkiyəyə yola düşüb.

Adana şəhərinə istiqamət alan təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb. (“Bizim.Media”)

Oxşar xəbərlər