Türkiyədə baş verən zəlzələdən bir neçə saniyə əvvəl səmada görünən qəribə mavi işıqlanma xeyli şübhəli görünür. Bu zəlzələ ABŞ-ın dəstəklədiyi HAARP hücumundan qaynaqlanmır ki?
Bu barədə “İnternational Business Times” qəzetində yazılan məqaləyə istinadla jurnalist Elbəyi Həsənli paylaşım edib.
“HAARP (ing. High Frequency Active Auroral Research Program; Yüksəktezlikli Aktiv Avroral Tədqiqatlar Proqramı) – ABŞ-da Qütb parıltısının öyrənilməsi üzrə həyata keçirilən elmi-tədqiqat layihəsidir. Proqram çərçivəsində ionosferin xüsusiyyətlərini araşdırmaq üçün həyata keçirilən tədqiqatlar Alyaskada aparılır. İonosferə bu cür müdaxilə ideyası ilk dəfə Nikola Tesla və İslam Papaxov tərəfindən irəli sürülmüşdür.
Layihənin dayandırılması üçün bir sıra ölkələrdə kampaniyalar aparılır. Çünki HAARP layihəsinin iqlimə nəzarət və süni zəlzələ silahı ola biləcəyinə dair iddialar mövcuddur. Hətta zehin idarə etmə dalğaları yaydığı deyilir.
HAARP Pentaqonun nəzarətində və ABŞ ordusunun xidmətində olan mühüm bir layihədir. Alyaskadakı mərkəzdə hazırda yüksək tezlikli radio siqnalı yayımlaya bilən cəmi 48 antenna vardır.
Bunlardan əlavə, yüksək tezlikli siqnallarla əlaqəli fəaliyyətlərdə istifadə olunacaq bir radarın qoşulması da planlaşdırılır.
HAARP layihəsi sayəsində ionosferin qızışdırılması yolu ilə çox aşağı tezlikli dalğalar (ELF) da yaradılmaqdadır.
Elektromaqnetik dalğalarla bir çox sınaqların aparıldığı bu ərazi təyyarələr üçün təhlükəlidir. Buna görə də HAARP təsislərində təyyarə nəzarət sistemi mövcuddur və hər hansı təyyarənin yaxınlaşması zamanı antennaların fəaliyyəti avtomatik olaraq dayandırılır”, – o qeyd edib.
Nəşr Snezhina Boahenin Tvitterdə yazdığı bu statusa diqqət çəkir: “Türkiyədə baş verən zəlzələ NATO və ya ABŞ-ın Türkiyəyə qarşı cəza əməliyyatı (HAARP) kimi görünür. Videoda zəlzələ zamanı normal olmayan, lakin arfa əməliyyatlarında həmişə baş verən ildırım çaxmaları əks olunub”.
Nəşr sosial şəbəkələrdə yer alan bu kimi xeyli statusa yer verib. Biri isə vurğulayır ki, bu, ABŞ-ın həyata keçirdiyi bir əməliyyatdır: “Bu, təbii fəlakət deyildi. Bu, terror aktı idi”.
Soasial şəbəkələrdə o da qeyd olunur ki, NATO və ABŞ belə bir zəlzələ törətməklə Ərdoğanın iqtidara yenidən gəlişinin qarşısını almaq məqsədi daşıyır…
Qeyd edək ki, məqaləyə münasibət birmənalı deyil. Videoda da qeyd edildiyi kimi, zəlzələ anında göydə parıltılar bir çox zəlzələ zamanı müşahidə edilib və alimlər bunun səbəbini anlamağa çalışırlar.
Dünyada zəlzələ yarada biləcək enerjinin isə hələ tapılmadığı haqda ciddi qənaətlər var. Bəzi iddialara görə, HAARP sadəcə, yaxın məsafədə, 3 bala yaxın gücdə ərazini “titrətməyə” qadirdir. (Axar)