Müğənni Nura Suri Türkiyəyə yardım göndərən insanlarla bağlı paylaşım edib.
Tacxeber.com Olay-a istinadla xəbər verir ki, o, sosial media hesabında Bakıdan lazımi əşyalar göndərən şəxslərə səslənib:
“Belə həssas bir vaxtda bəlkə düzgün deyil bunları yazmaq, amma düşündükcə pis oluram. Suallar məni boğur. Türkiyədə o qədər hotellər var, zəlzələdə evlərini itirənləri niyə orada yerləşdirmirlər, niyə qalıblar küçədə, soyuqda? O qədər xəstəxanaları var, dünyaya göz dağı verə biləcək hərbçiləri, əsgərləri var, niyə onları xilasedici kimi göndərmirlər?
Yardımı başa düşürəm edir bizimkilər, bu TIR-lar ora 2-3 günə çatacaq. Həm də ki, evdən lazımsız köhnə pal-paltar, ya yorğan, balış aparıb tökməyin ora. Yardımı edə bilirsizsə, ya lazımlı şeylər göndərin, edə bilmirsizsə, zir-zibil aparıb tökməyin.
Bu qədər müddətdə ordakılara türk milləti yardım edə bilmir ki? Niyə küçədə, soyuqda qalıblar ki? Türkiyə istehsal edir o adyalları da, geyimləri də. Biz çox şeyi Türkiyədən alırıq. Ordakı biznesmenlər niyə fabrikin qapısın açıb öz millətinə isti geyim, yorğan, balış, generator falan vermir ki?”.
Nura Surinin paylaşımına prodüser Oqtay Əliyev reaksiya verib:
“Zəlzələ bölgəsi ilə hotellər olan bölgələrin arasındaki məsafə 1000-2000 kilimetrdir. Yollar, körpülər dağılıb. Nəqliyyat qıtlığıdır. Bütün dünya ora axışdığından yollarda tıxacdır”.
Bu zaman Nura “Ölkənin helikopterləri yoxdur ki? Yollar dağılıbsa, bizdən niyə TIR göndərirlər ora?” – sözləri ilə şərh yazıb.
Oqtay Əliyev isə onun suallarını belə cavablandırıb:
“Niyə belə narahatsınız? Türkiyə öz vətəndaşının qayğısına yetərincə qalır. İstəsəniz yardım kampaniyasında iştirak edin”.