• 19 Sentyabr 2024 21:08

Zəlzələ qurbanlarına görə Ronaldonun formasını hərraca çıxardı

Zəlzələ qurbanlarına görə Ronaldonun formasını hərraca çıxardı

Türkiyə millisinin üzvü Merih Demiral ölkəsində baş verən zəlzələdən zərərçəkənlərə kömək üçün portuqaliyalı hücumçu Kriştiano Ronaldonun imzalı formasını hərraca çıxarıb. 

Tacxeber.com xəbər verir ki, “Yuventus”un futbolçusu bu barədə Tvitter səhifəsində paylaşım edib.

İcarə əsasında “Atalanta”da çıxış edən müdafiəçi yazıb: “Bir qədər əvvəl Ronaldo ilə danışdım, baş verənlərə görə çox üzüldüyünü bildirdi. Hərracdan əldə ediləcək bütün vəsait zəlzələ zonası üçün istifadə olunacaq”.

Tacxeber.com

Oxşar xəbərlər