• 20 Sentyabr 2024 03:57

Zaqatalada enerji mənbəyinə qoşulan telefon partladı – VİDEO

 

Zaqatalada mobil telefon enerji mənbəyinə qoşulan zaman partlayıb.

Tacxeber.com Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində fəaliyyət göstərən mobil telefon təmiri mağazalarından birində baş verib.

Belə ki, rayon sakinlərindən biri mobil cihazının batariyası şişdiyi üçün onu ustaya gətirib. Usta Ramiz Hüseynov isə telefonu piştaxtaya yerləşdirib. Bir qədər sonra isə bu hadisə qeydə alınıb.

Ramiz Hüseynovun sözlərinə görə, baş verə biləcək faciənin qarşısını telefonun kənarda olması alıb: “Əlimizin altında olsaydı əlimiz, üzümüz yanmış olardı. Çünki daha əvvəl belə hadisə başqa ustaların başına gəlib və əlləri yanıb”.

Hadisənin videosunu təqdim edirik:

 

Oxşar xəbərlər