Bayraktar ailəsi zəlzələ qurbanlarına 4 gündə ümumilikdə 655 milyon TL yardım edib.
Tacxeber.com xəbər verir ki, bu barədə “BAYRAK”ın rəsmi Tvitter hesabında paylaşım edilib.
“Bu gün qurucumuz mərhum Özdemir Bayraktar və Canan Bayraktarın adından AFAD-a daha 300 milyon TL nağd yardım etdik. Baykar ailəsi olaraq humanitar və nağd yardım göndərdik. Bölgəyə 4 gün ərzində 655 milyon TL-lik yardım çatdırılıb. Yaralarımızı hamımız birlikdə saracağıq”, – paylaşımda qeyd olunub.