• 22 Noyabr 2024 17:42

Bu qidalar ürəkdə xəstəlik yaradır

Bu qidalar ürəkdə xəstəlik yaradır

Asan hazırlanan qidalar insan sağlamlığında ciddi problemlər yaradır.

Bunlar hazır lapşa, şorbalar və s.-dir.

Bakupost.az xəbər verir ki, qastroenteroloq Yevgeniy Belousov marketlərdə satılan rollton, hazır lapşa, vermişelin ürəyə zərərindən danışıb.

“Üstünə su alınıb 5 dəqiqəyə hazır olan qidalar normal makaronlardan onunla fərqlənir ki, onlar hazırlananda yüksək istilikli emaldan keçir, yağda qurudulur.

Eləcə də bu məhsulların istehsalında palma yağı istifadə olunur, palma yağına daxil edildikdə məhsulun genetik strukturu belə dəyişir.

Və məhz yağla işlənmiş olduğu üçün onun üzərinə qaynar su almaqla tez hazırlanır.

Palma yağı doymuş yağla zəngindir, bu da müntəzəm qəbul edildikdə ürəyin xəstəliyinə səbəb ola bilər.

Orqanizm bu məhsulu tam mənimsəməyə qadir deyil, çünki palma yağı damar divarlarına daxildən çökür. Bu da yaxın gələcəkdə ürək-damar xəstəliklərinə səbəb olur.

Daha çox tələbələr, ofisdə çalışanlar, gənclər belə qidalara meyillidir. Bu yeməklər həm də təzyiqi və şəkəri qaldırır.

Qanda qlükoza tez-tez artır, bu da beldə, iç orqanlarda yağ toplanmasını stimulə edir, insan piylənir”.

Tacxeber.com

Oxşar xəbərlər